Xəzər Xəbər

Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı

Hadisə | 14:28 • 15 Avqust 2020
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran  aşkar olunub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,  Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi "Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.


 Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi 3 000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti