Xəzər Xəbər

Mal-qara oğurları saxlanılıb

Hadisə | 12:46 • 9 İyul 2020
Mal-qara oğurları saxlanılıb

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Göygöl və Samux rayon polis şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Göygöl rayon Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakini olan M. Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti