Xəzər Xəbər

Quba polisi əməliyyat keçirdi: Həbs olunan var

Hadisə | 11:22 • 5 Dekabr 2019
Quba polisi əməliyyat keçirdi: Həbs olunan var

Qubada evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba rayon polis şöbəsində cinayət işi açılıb.

Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti