Xəzər Xəbər

Daşkəsəndə 44 yaşlı kişini tanışları küt alətlə döydü

Hadisə | 09:58 • 5 Dekabr 2019
Daşkəsəndə 44 yaşlı kişini tanışları küt alətlə döydü

Daşkəsən rayonunda yerli sakin küt alətlə döyülüb.

"Report”un məlumatına görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Xanoğlan Salmanov tanıdığı şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

Özünün bildirdiyinə görə, gecə vaxtı kənd ərazisində küçədə gedərkən itlər ona hücum çəkib. Bu zaman itlərdən qorumaq məqsədilə həmkəndlisinin həyətinə girib.

Amma evdə olan şəxslər onu oğru hesab etdikləri üçün döyərək xəsarət yetiriblər. Əraziyə polis əməkdaşları çağrılıb.

Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti