Xəzər Xəbər

Daha iki tələbə qızın vəziyyəti PİSLƏŞDİ Xəstəxanaya aparıldılar

Hadisə | 12:16 • 3 Dekabr 2019
Daha iki tələbə qızın vəziyyəti PİSLƏŞDİ

Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi ilə bağlı ali təhsil ocağı açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında baş verməyib.

Hazırda bununla bağlı araşdırmalar davam edir: "Səhhəti pisləşən tələbələrdən yalnız Məryəm Ramazanova bizim universitetdə təhsil alır. İlkin diaqnoz isə mədə soyuqlamasıdır. Vəziyyəti hazırda qənaətbəxşdir”.

xxx

Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti