Xəzər Xəbər

Salyanda koma vəziyyətində olan kişi tapıldı

Hadisə | 17:50 • 1 Dekabr 2019
Salyanda koma vəziyyətində olan kişi tapıldı

Salyanda yaşlı kişi koma vəziyyətində tapılıb.

Hadisə Noxudlu kəndi ərazisində qeydə alınıb. Salyan şəhər Əli Zeynalov küçəsində yaşayan, 1960-cı il təvəllüdlü Əsədov Malik Adil oğlu avtomobil yolunda koma vəziyyətində tapılıb.

Bədəninin müxtəlif yerlərində xəsarətləri olan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yaşlı kişinin hansı səbəbdən xəsarət aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti