Xəzər Xəbər

Bakıda 3 nəfər bu səbəbdən öldü – DİN məlumat yaydı

Hadisə | 13:39 • 9 Oktyabr 2019
Bakıda 3 nəfər bu səbəbdən öldü

Daxili İşlər Nazirliyi ötən sutka ərzində Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi "VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi "Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə "VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Bundan başqa dünən saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub. E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər ağır yol qəzası isə oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb. Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti