Xəzər Xəbər

Azərbaycanda bir gündə 4 nəfər bu səbəbdən öldü – 2-si qadındır

Hadisə | 13:55 • 7 Avqust 2019
Azərbaycanda bir gündə

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Daha bir ağır qəza avqustun 6-da saat 17 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində qeydə alınıb. Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi "DAF” və Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Daha bir piyada vurulması isə dünən saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kənd sakini Ş.Bayramov idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti