Xəzər Xəbər

Azərbaycanda qayınatasının hüzüründən qayıdan şəxsin DƏHŞƏTLİ ÖLÜMÜ - TƏFƏRRÜAT

Hadisə | 14:45 • 2 Avqust 2019
Azərbaycanda qayınatasının hüzüründən qayıdan şəxsin

Dünən gecə saat 21:45 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində - 125-ci kilometrlikdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yaşayan 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən Yasamal rayon sakini, 1983-cü il təvəllüdlü Valiulin Emin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı "Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan Elman Kazımov Şirvan şəhər xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub.

Avtosfer.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi "VAZ-2104” markalı, 90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub. Elman Kazımov Gürcüstündan qaynatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəlib. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.

Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti