Lənkəranda quldurluq hadisəsi baş verib.
XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polisə müraciət edən Lüvəsər kənd sakini T.Cəfərov mayın 27-də saat 1 radələrində yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin oradan oğurluğa cəhd göstərməsini bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Talışlı kənd sakini H.Əlizadə, Haftonu qəsəbə sakinləri O.Əliyev və E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan maska, əlcək, bıçaq və kəlbətin götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.