Xəzər Xəbər

Bakıda kişi arvadının boğazını niyə kəsdi? TƏFƏRRÜAT

Hadisə | 14:42 • 31 May 2019
Bakıda kişi arvadının boğazını niyə kəsdi?

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, ər həyat yoldaşının başını kəsib.


XəzərXəbər xəbər verir ki, unikal.org hadisənin təfərrüatlarını öyrənib. Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M. Fətəliyev küçəsində baş verib. Vüsal Məmmədovla həyat yoldaşı 1978-cı il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızı mübahisə edib. Mübahisədən sonra xanım həyat yoldaşından şikayət edib. Bundan sonra qisas almaq istəyən ər arvadına hücum edib. Ər binanın qarşısında arvadının boğazını kəsərək qətlə yetirib. Özü isə ərazidən uzaqlaşıb.


Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, hadisəyə qısqanclıq səbəb olmayıb. 1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızı evdar qadın olub. O iki oğlunun tərbiyəsi ilə məşğul imiş. Qadının əri isə narkotik maddə istifadəçisi olub. İki ildir ailədə münaqişə olub. Sonda isə bu münaqişə qətllə nəticələnib.


Qeyd edək ki, F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti