İnterpol qətldə təqsirləndirilən azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.
XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, 1954-cü ildə Gəncə şəhərində anadan olan Vaqif Həsənov qəsdən adam öldürməkdə təqsirləndirilib.
V.Həsənov barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün məhkəmə onun haqqında həbs qəti imkan tədbiri seçib.