Piyada xəstəxanaya yerləşdirilib
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 12-də saat 21:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.