Xəzər Xəbər

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib

Hadisə | 17:40 • 16 Dekabr 2018
Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) 3 nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmisi qeyd olunan əraziyə cəlb olunub.

Taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər (balıqçı) xilas olunub. Balıqçıların olduğu qayıq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən yedəyə alınaraq sahilə gətirilir.​

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti