Sumqayıt şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi xətti üzrə hərəkət edən 3 nömrəli marşrut avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Kazımov İmamverdi Əsgər oğlu sükan arxasında dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. (APA)