Xəzər Xəbər

Prezident: Mənfur düşmən Füzuliyə eybəcər ad qoyub

Gündəm | 13:45 • 17 Noyabr 2020
Prezident: Mənfur düşmən Füzuliyə eybəcər ad qoyub

"Bundan sonra biz yaşayacağıq bu torpaqda. Necə ki, əsrlər boyu biz yaşamışıq. Bizim xalqımız yaşayıb”.


Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.


"Mənfur düşmən Füzulinin adını da dəyişdirib. Bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır”, - dövlət başçısı vurğulayıb.

Xəbər lenti