Xəzər Xəbər

İlham Əliyev: Ərazilərin yeni şəhərsalma planı qurulacaq

Gündəm | 14:12 • 17 Noyabr 2020
İlham Əliyev:

"Şəhərsalma ilə bağlı həm Azərbaycan, həm də xarici mütəxəssisləri işğaldan azad edilmiş ərazilərə dəvət edirik”.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.


Onun sözlərinə görə, yeni şəhərsalma planı qurulacaq: "Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası ilə bağlı planlar var. Hamısını da icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq. Düşməni məhv etdik, üçrəngli bayrağımızı ucaltdıq. Bütün qalan məsələləri də həll edəcəyik”.

Xəbər lenti