Xəzər Xəbər

Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur - AÇIQLAMA

Gündəm | 15:53 • 31 İyul 2020
 Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur  -

Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur.


Xezerxeber.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.


O bildirib ki, Azərbaycana həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə baş tutub: "Demək olar ki, hər ölkənin virusla mübarizədə fərqli metodları var, bütün ölkələr kimi, biz də o metodları öyrənirik. Gələcək planlara gəldikdə isə biz yenə də dünya təcrübələrini öyrənməyə davm edəcəyik. Gələcək proqnozlarla bağlı hələlik nəsə demək çox çətindir. Bu virus dünya üçün ilkdir və fərqli formada özünü göstərir".

Xəbər lenti