Xəzər Xəbər

İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi tikiləcək - SƏRƏNCAM

Gündəm | 11:46 • 31 İyul 2020
 İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi tikiləcək  -

Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Xezerxeber.az xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.


Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu Sərəncamın 1-ci hissəsində göstərilən Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.


Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti