Xəzər Xəbər

Şəhid general Polad Həşimovun büstü hazırlandı

Gündəm | 12:05 • 21 İyul 2020
 Şəhid general Polad Həşimovun büstü hazırlandı

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun büstü hazırlanıb.


Xezerxeber.az-ın məlumatına görə, büstü Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı hazırlayıb.


Qeyd edək ki, Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn edilib.

Xəbər lenti