"Bəzi insanlar var ki, onlar tənha yaşayan şəxslərin evinə gedir vəxidmət göstərirlər. Həmin şəxslərin onların evinə getməsi ilə bağlı qadağa yoxdur”.
Bunu Real TV-nin efirindəNazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimini tənzimləyən üç mühüm qərar var:
"Orada qeyd edilib ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olanlar üçün baxıcılıq xidmətinə icazə verilir. Bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşməyə ehtiyac yoxdur.
Nazirlər Kabinetinin 30 mart 2020-ci il, 120 nömrəli qərarı bu şəxslərə sərbəst hərəkət azadlığı verir. Bu xidmətçilər himayələrində olan evlərəgedib, onlara xidmət edə bilərlər”.
"Sadəcə, həmin şəxslərin icaze.e-gov.az portalına daxil olmalarıvə qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov qeyd edib.