Xəzər Xəbər

AQTA 100 min manatı koronavirusla mübarizəyə ayırdı

Gündəm | 17:23 • 23 Mart 2020
AQTA 100 min manatı koronavirusla mübarizəyə ayırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

AQTA-dan verilən məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürülüb.

Bəşəriyyətin koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Agentliyin kollektivi də xalqımızla həmrəydir.

Xəbər lenti