Xəzər Xəbər

Səfir Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib

Gündəm | 15:34 • 17 Mart 2020
Səfir Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib. Səfir müraciətində bildirib ki, ölkəsində sağlamlıq vəziyyətinin çətin olduğunu vurğulayıb, koronavirus pandemiyasının Azərbaycandan da yan keçmədiyini qeyd edib: "Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi, rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.

Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-a dək telefon xətti fəaliyyətədir”.

Z. Qros qeyd edib ki, səfirlik açıqdır, lakin onun fəaliyyəti sağlıqla bağlı protokola uyğunlaşdırılıb.

"Belə ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb. Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm", - deyə səfir müraciətində qeyd edib.

Xəbər lenti