Xəzər Xəbər

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

Gündəm | 17:26 • 19 Fevral 2020
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət” Mərkəzi yaradılır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir

Xəbər lenti