Xəzər Xəbər

Daha 3 məntəqədə nəticələr etibarsız sayıldı

Gündəm | 17:16 • 19 Fevral 2020
Daha 3 məntəqədə nəticələr etibarsız sayıldı

MSK üzvü Bəxşeyiş Əsgərov MSK-nın iclasında bildirib ki, 47 saylı Mingəçevir seçki dairəsi üzrə namizəd olmuş Qurbanəli Yusibov və İbrahim Salamov tərəfindən şikayət daxil olub.

Onların təqdim etdikləri disklərə baxış keçirilib: "Yalnız 3 videogörüntü seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən halı müşahidə etməyə imkan verib. Burada qutulara topa bülletenlərin atılmasından söhbət gedir. Bunlar 9, 17 və 21 saylı seçki məntəqələridir. Digərlərində ciddi qanun pozuntuları müşahidə edilməyib. Ona görə də bu üç məntəqədə səsvermənin nəticələri etibarsız hesab olunmalıdır”.

Müzakirələrdən sonra MSK 47 saylı Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə - 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edib.

Xəbər lenti