Xəzər Xəbər

Amerikalı müşahidəçi: Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər

Gündəm | 13:22 • 9 Fevral 2020
Amerikalı müşahidəçi: Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər

Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər.

Bunu jurnalistlərə ABŞ-ın Los-Anceles şəhərindən olan müşahidəçi Mitç Silberman deyib.

Müşahidəçi bildirib ki, Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur: "Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq”.

Xəbər lenti