Xəzər Xəbər

Beynəlxalq müşahidəçilər: “Səsvermə qanunlara uyğun keçirilir”

Gündəm | 11:44 • 9 Fevral 2020
Beynəlxalq müşahidəçilər:

Beynəlxalq müşahidəçilər Qubada seçki prosesini izləyiblər.

MDB Müşahidə Missiyasının üzvləri Zumrud Buchaeva və Magomedkhan Aratcilov Qubada bir neçə seçki məntəqəsində müşahidə aparıblar. Magomedkhan Aratcilov bildirib ki, Azərbaycan xalqı öz seçimini edəcək. O, heç bir qayda pozuntusu qeydə almadıqlarını və seçici aktivliyinin müşahidə olunduğunu bildirib.

Zumrud Buchaeva bildirib ki, seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə və qaydalara uyğun keçirilir.

Xəbər lenti