Xəzər Xəbər

34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələrdə səsvermə mütəşəkkil qaydada keçir

Gündəm | 11:10 • 9 Fevral 2020
34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələrdə səsvermə mütəşəkkil qaydada keçir

Fevralın 9-da 34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. Seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir.

Seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev AZƏRTAC-a bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə 18 namizəd və 93 min 913 seçici qeydiyyata alınıb. Ən yaşlı seçicinin 100 yaşı var. Bu zamana qədər rəsmi formada məntəqələr üzrə seçici və müşahidəçilər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçicilərin ən çox aktiv olduğu məntəqələr 18 və 20 saylı məntəqələrdir.

O qeyd edib ki, 10 məntəqədə veb-kameralar quraşdırılıb. Hava şəraitindən asılı olmayaraq, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir. Seçkilərin gedişini yerli müşahidəçilər izləyirlər. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Seçici siyahıları hər kəsin yaxından tanış olması üçün məntəqələrdə asılıb.

Xəbər lenti