Xəzər Xəbər

Azərbaycanda iki məntəqə seçki komissiyası buraxılıb

Gündəm | 16:09 • 5 Yanvar 2020
 Azərbaycanda iki məntəqə seçki komissiyası buraxılıb

Azərbaycanda iki məntəqə seçki komissiyası buraxılıb.


Xezerxeber.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.


İclasda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrinin dekabrın 23-də keçirilən bələdiyyə seçkisi zamanı fəaliyyəti müzakirə edilib və həmin məntəqələrin fəaliyyətində nöqsanların aşkarlandığı bildirilib.


30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqə komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb.


Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkisi zamanı hər iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

Xəbər lenti