Xəzər Xəbər

Növbədənkənar parlament seçkisilə əlaqədar 5 387 600 ədəd bülleten çap ediləcək

Gündəm | 12:45 • 4 Yanvar 2020
Növbədənkənar parlament seçkisilə əlaqədar 5 387 600 ədəd bülleten çap ediləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkidə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.


Xezerxeber.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.


Məsələ səsəverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkidə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Milli Məclisə növbədənkənar seçkilə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Xəbər lenti