Xəzər Xəbər

Əli Əsədov göstərilən etimada görə təşəkkür etdi

Gündəm | 13:09 • 8 Oktyabr 2019
Əli Əsədov göstərilən etimada görə təşəkkür etdi

Əli Əsədov yeni Baş nazir kimi Milli Məclisdə çıxışı zamanı Azərbaycan Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

XəzərXəbər xəbər verir ki, Baş nazir qeyd edib ki, Prezidentin səyi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçir: "Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”.

Əli Əsədov deyib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır: "Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman prezidentin əsas prioriteti olub”.

Əli Əsədovun sözlərinə görə, əmək haqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb. O, xatırladıb ki, sosial iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əmək haqları, təqaüdlər artırılıb.

Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb.

Çıxışdan sonra yeni baş nazir Milli Məclisi tərk edib.

Xəbər lenti