Xəzər Xəbər

Sabah paytaxtda 28 dərəcə isti olacaq

Gündəm | 14:00 • 3 Oktyabr 2019
Sabah paytaxtda 28 dərəcə isti olacaq

Ölkə ərazisində oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 23-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.


Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti