Xəzər Xəbər

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması işlərinə başlanıldı

Gündəm | 10:16 • 1 İyun 2019
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması işlərinə başlanıldı

"Ali təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə başlanılıb.

Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Milli Məclisdə yay tətili ərzində layihənin ilkin versiyasının hazırlanması nəzərdə tutulur: "Düşünürük ki, layihə yay tətili ərzində hazır olsun. Onu MM-in payız sessiyasına təqdim etməyə çalışacayıq".

İ.Həbibbəyli qeyd edib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunun bir bölməsi ali təhsil üzrədir:

"2009-cu ildən sonra dünya təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər, perspektivlər layihədə öz əksini tapsın" (Trend).

Xəbər lenti