Xəzər Xəbər

Hamilə xanımlar üçün təhsil pulsuz olsun! Deputatdan təklif

Gündəm | 16:30 • 19 Sentyabr 2017
Hamilə xanımlar üçün təhsil pulsuz olsun!

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla təhsil alması təklif olunub.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deputat Musa Quliyev təklif edib.

Deputat dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb:

"Həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır. Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu, həm də prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur”./azvision.az

Xəbər lenti