Xəzər Xəbər

Prezident DSX əməkdaşlarını təltif etdi

Gündəm | 16:32 • 16 Avqust 2017
Prezident DSX əməkdaşlarını təltif etdi

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

XəzərXəbər xəbər verir ki, sərəncamlara əsasən, bir nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, 11 nəfər "Vətən uğrunda”, 4 nəfər "İgidliyə görə”, 24 nəfər "Hərbi xidmətlərə görə”, bir nəfər isə "Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, bir nəfərə "Əməkdar müəllim”, iki nəfərə "Əməkdar həkim”, bir nəfərə "Əməkdar dövlət qulluqçusu”, bir nəfərə "Əməkdar jurnalist”, bir nəfərə "Əməkdar tibb işçisi” fəxri adları verilib.

Xəbər lenti