Xəzər Xəbər

Azərbaycanla bunları müzakirə edəcəyik - Kobaxidze açıqladı

Gündəm | 12:01 • 6 İyun 2019
Azərbaycanla bunları müzakirə edəcəyik - Kobaxidze açıqladı

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

Spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq:

"Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq". (report)

Xəbər lenti