Xəzər Xəbər

Azərbaycan Qarabağa səfər edən polşalını bağışladı

Gündəm | 12:22 • 30 May 2019
Azərbaycan Qarabağa səfər edən polşalını bağışladı

Polşa vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər lenti