Xəzər Xəbər

Rusiya müdafiə nazirinin qızı federasiya prezidenti seçildi

Dünya | 14:41 • 5 Dekabr 2020
Rusiya müdafiə nazirinin qızı federasiya prezidenti seçildi

Rusiya Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.


Bu vəzifəyə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu seçilib.


Yeni təyinat federasiyanın bugünkü hesabat-seçki konfransı zamanı baş tutub.


Qeyd edək ki, daha əvvəl triatlon federasiyasına Pyotr İvanov başçılıq edirdi. O, noyabrın 30-dan Ümumrusiya Yüngül Atletika federasiyasının rəhbəri vəzifəsində çalışır.report


Nərmin Məcidli

Xəbər lenti