Xəzər Xəbər

Merkelin iqamətgahına üzərində “lənətə gəlmiş qatillər” yazılmış avtomobil çırpılıb - FOTO/VİDEO

Dünya | 14:55 • 25 Noyabr 2020
Merkelin iqamətgahına üzərində “lənətə gəlmiş qatillər” yazılmış avtomobil çırpılıb -

Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qapılarına "Qloballaşma siyasətini dayandırın” və "Uşaqların və qocaların lənətə gəlmiş qatillərisiniz” sözləri yazılan avtomobil çırpılıb.

Bu barədə "Reuters” xəbər yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

Xəbər lenti