Xəzər Xəbər

Rusiya XİN başçısı: “Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb”

Dünya | 14:57 • 17 Noyabr 2020
Rusiya XİN başçısı: “Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb”

"Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb. Bütün bunlar ən yüksək səviyyədə razılaşdırılıb”.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin bütün bunların icra edilməsinin lazım olduğu barədə dəqiq anlayışı var.


"O ki, qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, - deyə Rusiya XİN başçısı qeyd edib. (APA)

Lavrov onu da deyib ki, ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir.


"Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu bəyanatları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”, deyə Rusiya XİN başçısı vurğulayıb.


S. Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində hər şey haqqında məlumatlandırıldığını da qeyd edib: "Bundan başqa, Rusiya əvvəldən Minsk Qrupunun həmsədrləri ilə, hansı ki, bura ABŞ da daxildir, sıx çalışıb. Son on gündə Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub. Bir saata yaxın da mən fransalı həmkarımla müzakirə aparmışam”.


Xəbər lenti