Xəzər Xəbər

Bişkek meri istefa verdi

Dünya | 13:58 • 6 Oktyabr 2020
Bişkek meri istefa verdi

Qırğızıstanın Bişkek şəhər meri Əziz Surakmatov istefa verib.


"İnterfax” xəbər verir ki, o, istefa ərizəsini Bişkek şəhər məclisinə (keneş) göndərib.


Bildirilir ki, dünən axşam Qırğızıstan paytaxtının meriyası müxalifət partiyalarının 30-a yaxın nümayəndəsi tərəfindən tutulduqdan sonra Jooşbek Koenaliyev "xalq meri” elan edilib.


"6 oktyabr xalq inqilabından sonra Bişkekdə qanuna uyğun olaraq yeni bələdiyyə başçısı təyin olunana qədər xalq meri seçildi”, - deyə etirazçılar tərəfindən yayımlanan press-relizdə qeyd olunur.


Qırğızıstan Dövlət Televiziya və Radio Şirkətinin rəhbəri də istefa verib.

Xəbər lenti