Xəzər Xəbər

Kim Çen In Seuldan üzr istədi

Dünya | 12:04 • 25 Sentyabr 2020
Kim Çen In Seuldan üzr istədi

KXDR lideri Kim Çen In Cənubi koreyalı məmurun ölümü ilə bağlı insidentə görə Seuldan üzr istəyib.


Yonhap agentliyi xəbər verir ki, bu barədə Koreya Respublikasının prezident administrasiyası məlumat yayıb. "Böyük günahkarlıq hissi ilə düşünürəm ki, bu insident Prezident Mun Çe-ində və Cənubi koreyalı qardaşlarımızda necə güclü məyusluq yaradıb” – agentlik Kim Çen Inın məktubundan bu sözləri sitat gətirib.


Selun aldığı məktubda, həmçinin KXDR-in bu cür çirkin insidentlərin təkrar olunmaması üçün tədbirlər görəcəyinə dair zəmanət ifadə edilib.


Agentliyin məlumatına görə, Şimali Koreya tərəfi onun ərazi sularına daxil olan Cənubi Koreya vətəndaşına 10 atəş açıldığını, sonra isə qayığının yandırıldığını etiraf edib. Cənubi Koreya hərbçiləri bildiriblər ki, balıq ovuna nəzarət xidmətinin əməkdaşı KXDR-ə qaçmaq istəyərkən Şimalın sərhədçiləri tərəfindən öldürülüb və cəsədi yandırılıb./AZƏRTAC

Xəbər lenti