Xəzər Xəbər

Çin sərhədyanı şəhəri karantinə bağladı

Dünya | 17:52 • 15 Sentyabr 2020
Çin sərhədyanı şəhəri karantinə bağladı

Çinin cənub-qərbində, Myanma ilə sərhəddə yerləşən Ruili şəhəri karantinə bağlanıb.


Şəhər ərazisində azı iki nəfərdə koronavirus aşkar edilib.


Qeyd olunur ki, hər iki şəxs Myanma vətəndaşıdır. Karantin rejimi çərçivəsində bütün sakinlərə evləri tərk etməmək tövsiyə olunub. Şəhərə giriş-çıxış bağlanıb.


Myanma hökuməti ötən həftə yoluxmanın ikinci dalğası çərçivəsində ölkə boyunca karantin rejimini sərtləşdirib. Bu günədək Myanmada 3,3 min yoluxma və 32 ölüm qeydə alınıb./trend

Xəbər lenti