Xəzər Xəbər

Hindistanda koronavirusla bağlı yeni REKORD qeydə alındı

Dünya | 15:24 • 12 Sentyabr 2020
Hindistanda koronavirusla bağlı yeni REKORD  qeydə alındı

Hindistanlı həkimlər son gündə 97,5 mindən çox koronavirus hadisəsi təsbit ediblər.


Məlumatı RİA Novosti agentliyi Hindistanın Səhiyyə və Ailənin Rifahı Nazirliyinə istinadən yayıb.


Mənbə bildirir ki, bu, ölkədə koronavirus pandemiyasının başlanğıcından bəri gündəlik sayının ən böyük artmasıdır.


Ardıcıl üçüncü gün aşkarlanan koronavirus daşıyıcılarının sayı rekord göstəriciləri üstələyir – cümə axşamı 95.7 min yoluxma, cümə günü – 96.5 min.


Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkə aşkar olunan koronavirüs hadisəsi sayına görə dünyada ikinci yerdədir, 4.65 milyondan çox xəstəliyi olan şəxs müəyyən edilib.


Sağalanların sayı ölkədəki ümumi xəstəlik sayının 77,77 faizinə çatıb və 3,62 milyon insanı keçib. 958 mindən çox insan xəstəxanalarda müalicə alır və bu, xəstələrin sayının 20,56 faizni  təşkil edir. Gün ərzində bu rəqəm 14 mindən çox artıb.


Koronavirüsdən ölənlərin sayı, son məlumatlara görə, 77.4 mini keçib və ölkədə aşkar olunan ümumi koronavirus hadisələrinin sayının 1.66% -ni təşkil edir. Gün ərzində 1201 nəfər xəstəlikdən ölüb.


ÜST-ün son məlumatlarına görə, dünyada 28 milyondan çox infeksiya hadisəsi təsbit edilib, 906 mindən çox insan vəfat edib.

Xəbər lenti

Çox oxunanlar