Xəzər Xəbər

Bu ölkədə ilk dəfə olaraq koronavirusdan ölüm halı qeydə alınmayıb

Dünya | 13:48 • 12 Sentyabr 2020
Bu ölkədə ilk dəfə olaraq koronavirusdan ölüm halı qeydə alınmayıb

Rəqəmlərdəki artım dinamikası isə Kanadada karantin qaydalarının son bir neçə gündə daha da yumşaldılması və məktəblərin açılması ilə izah olunur.


Kanadada son 24 saatda ilk dəfə olaraq bu ilin martından etibarən COVID-19-dan ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ölkənin İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.


Bununla da Kanadada COVID-19-dan ölüm halları ilə bağlı qeydə alınan rəqəmlər 9 min 163 olaraq qalıb. Lakin son 24 saatda 702 yeni yoluxma faktı ilə bu ölkədə ümumi COVID-19 yoluxmuşların sayı 135 min 626-ya yüksəlib.


Rəqəmlərdəki artım dinamikası isə Kanadada karantin qaydalarının son bir neçə gündə daha da yumşaldılması və məktəblərin açılması ilə izah olunur.


Xatırladaq ki, Kanada ilə sərhəddə yerləşən ABŞ-da ölümlərin sayı 190 mini, yoluxanların sayı isə 6.38 milyonu ötüb.

Xəbər lenti