Xəzər Xəbər

Türkiyə ordusu HƏRƏKƏTƏ KEÇDİ: mindən çox döyüşçü...

Dünya | 12:52 • 8 Sentyabr 2020
Türkiyə ordusu HƏRƏKƏTƏ KEÇDİ:

Türkiyə Silahlı Qüvvələri Vanda yeni hərbi əməliyyatlara başlayıb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Van şəhərində "İldırım-10 Norduz” anti-terror əməliyyatlarına start verilib.


Əməliyyata Van Jandarm Komandanlığı, Xüsusi Təyinatlı Jandarm Qüvvələri, Özəl Polis Hərəkatı və Təhlükəsizliyin Mühafizəsi briqadalarından ibarət 1040 nəfərlik heyət qatılıb.


Nazirliyin açıqlamasında "İldırım” əməliyyatları çərçivəsində bu günə qədər 48 terrorçunun zərərsizləşdirildiyi bildirilib./Publika.az

Xəbər lenti