Xəzər Xəbər

Atlantik okeanda tropik fırtınası yaranıb

Dünya | 09:19 • 8 Sentyabr 2020
Atlantik okeanda tropik fırtınası yaranıb

Atlantik okeanda "Rene" tropik fırtınası yaranıb.


Bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.


Məlumata əsasən, tropik fırtına daxilində əsən küləyin sürəti 18 m/s-ə çatır. Fırtına Afrika sahillərindən 600 km məsafədə yerləşən Kabo-Verde dövlətindən təxminən 180 km şərqdə yerləşir.



Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verdeyə güclü yağış və fırtına küləklərinin əsəcəyi gözlənilir./trend


Xəbər lenti