Xəzər Xəbər

Tbilisidə yeniyetməni öldürən erməni polis əməkdaşı azadlıqdan məhrum edilib

Dünya | 15:44 • 7 Sentyabr 2020
Tbilisidə yeniyetməni öldürən erməni polis əməkdaşı azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi 15 yaşlı yeniyetmə Luka Siradzenin ölümündə təqsirli bilinən Mariana Çoloyan barəsində hökm çıxarıb.


Məhkəmənin qərarı ilə Tbilisinin Didube-Çuqureti Polis İdarəsinin müstəntiqi Mariana Çoloyan 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ona bundan sonra hüquq-mühafizə orqanlarında işləmək qadağan olunub.


Qeyd edək ki, 2019-cu ilin dekabrında polis müstəntiqi Mariana Çoloyan 15 yaşlı yeniyetmə Luka Siradzeni sorğu-sual edib. Təzyiqlərə dözməyən Luka Siradze özünü doqquzmərtəbəli binadan atıb. Yeniyetmə dekabrın 17-də xəstəxanada dünyasını dəyişib.


Yeniyetmənin valideynləri və yaxınları, həmçinin məktəblilər məhkəmənin qərarından narazıdırlar. Onlar milliyyətcə erməni olan Mariana Çoloyana daha ağır cəza verilməsini tələb edirlər. Etirazçıların fikrincə, Mariana Çoloyanın belə yüngül cəza almasında başqa səbəblər var və bu cür cəzalar daha böyük cinayətlərə yol açacaq.

Xəbər lenti