Xəzər Xəbər

İranın şimalında GÜCLÜ ZƏLZƏLƏ: yaralılar var

Dünya | 10:28 • 7 Sentyabr 2020
İranın şimalında GÜCLÜ ZƏLZƏLƏ:

İranın şimalındakı Gülüstan əyalətində 5,1 bal gücündə zəlzələ olub.


Bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.


Zəlzələnin episentri Ramiyan şəhəri yaxınlığında, 9 km dərinlikdə yerləşib.


Təbiət hadisəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.


İSNA agentliyinin məlumatına görə, Qızıl Aypara Xilasetmə və Yardım Təşkilatının Əməliyyatlara Nəzarət və Koordinasiya Mərkəzi tərəfindən verilən açıqlamada bəzi kəndlərdə maddi ziyan meydana gəldiyi qeyd olunub.


Bölgədə axtarış-xilasetmə briqadalarının işləri davam edir.


publika.az

Xəbər lenti