Xəzər Xəbər

Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı

Dünya | 12:16 • 29 İyul 2020
Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.


Bu barədə dövlət başçısının epidemioloji vəziyyətin sabitləşdirilməsi məsələlərinə həsr olunmuş keçirdiyi bugünkü müşavirənin yekunlarına ilə bağlı mətbuat xidməti məlumat verib.


Ölkə başçısı iyul ayında tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək məqsədilə həmsərhəd ölkələrdə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq karantin tədbirlərini iki həftə müddətinə uzatmaq və sonra mərhələli şəkildə yumşaldılması ilə bağlı göstəriş verib.


Qeyd edək ki, Qazaxıstanda ötən gün koronavirusa yoluxma 1544 nəfərdə aşkarlanıb və ümumi say 86 min 192-yə çatıb. Sağalan xəstələrin sayı 54,4 mindən çoxdur. Ölkədə koronavirusdan 793 nəfər həyatını itirib.


Xatırladaq ki, epidemiya vəziyyətinin pisləşməsi səbəbindən, Qazaxıstan hakimiyyəti iyulun 5-dən avqustun 2-dək bir sıra əlavə karantin məhdudiyyətləri tətbiq etməyə qərar vermişdi.

Xəbər lenti